AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
30 avqust 2013 | 05:08   
Paylaşın:        

Sentyabrın 2-də Xorvatiyanın Dubrovnik şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçiriləcək. İclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.
Tədbirdə Albaniyada keçirilmiş prezident seçkilərinin nəticələri, Azərbaycanda və Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək AŞPA nümayəndə heyətlərinin tərkiblərinin müəyyənləşdirilməsi, İordaniya Krallığının demokratiya üzrə tərəfdaş statusu əldə etməsi üçün AŞPA-ya müraciətinin müzakirəsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 3-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU