AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
09 sentyabr 2013 | 05:09   
Paylaşın:        

Sentyabrın 10-da Parisdə Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Rövşən Rzayev iştirak edəcəkdir.
İclasda Avropadakı münaqişələr zamanı itkin düşmüş şəxslərin humanitar problemləri, İtaliyanın sahilboyu ərazilərinə miqrant axını, miqrantlar və qaçqınlar arasında QİÇS-in yayılmasına qarşı mübarizə,  İordaniya, Türkiyə, Livan və İraqda Suriya qaçqınlarının problemləri, Avropaya Çinli miqrantların axını ilə bağlı yaranmış problemlər və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

   
Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU