MDB PA-NIN DAİMİ KOMİSSİYALARINDA

XƏBƏRLƏR
11 sentyabr 2013 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatları Rüfət Quliyev və Rasim Musabəyov MDB Parlamentlərarası Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün  sentyabrın 12-dən 16-dək Qırğızda səfərdə olacaqlar.
Çolpan-Ata şəhərində keçirilən toplantıda Mərkəzi Asiya  regionunda  təhlükəsizliyin qorunması, Böyük Vətən müharibəsində  faşizm  üzərində  qələbənin 70 illiyinə hazırlıq  prosesi, Qırğız Respublikasının Rusiyanın Gömrük İttifaqına  üzvlüyü  ilə əlaqədar məsələlər müzakirə ediləcək.
Deputatlarımız iclasda müzakirə edilən məsələlərə münasibət  bildirəcəklər.


  Milli  Məclisin
Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU