AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
14 sentyabr 2013 | 01:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 15-dən 18-dək Madriddə səfərdə olacaqdır.
  İclasda İspaniyada gender bərabərliyi, qadınlara qarşı zorakılığın iqtisadi meyarları, Avropada insan alveri, polis orqanlarında irqçilik halları ilə mübarizə, irqçilik və dözümsüzlüklə mübarizə strategiyası, qadınlara qarşı zorakılıq, Avropada milli azlıqların hüquqları  və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirdə deputat Sahibə Qafarova çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcəkdir.

 

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU