AVRONEST PARLAMENT ASSAMBLEYASININ SEMİNARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
17 sentyabr 2013 | 02:09   
Paylaşın:        

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Musabəyov sentyabrın 17-də Litvanın Vilnüs şəhərinə yola düşəcəklər. Deputatlar burada Litva Parlamentinin vitse-spikerləri, xarici işlər nazirinin müavini, Litva-Azərbaycan parlament dostluq qrupunun üzvləri, xarici əlaqələr komitəsinin sədri, bu ölkənin parlamentində təmsil olunan Sosial Demokrat Partiyasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparacaqlar.
Sentyabrın 20-də isə Fuad Muradov və Rasim Musabəyov Avronest Parlament Assambleyasıının təşkil etdiyi “Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı” mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər. Deputatların və ekspertlərin qatılacağı bu tədbirdə enerji təhlükəsizliyi barədə geniş müzakirələr aparılacaq, rəy və təkliflər dinləniləcəkdir.
Tədbirin sonunda seminarın yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulmuşdur.


 

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU