DEPUTATIMIZ BEYNƏLXAQL TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
23 sentyabr 2013 | 05:09   
Paylaşın:        

Milli Məclisin deputatı Məlahət İbrahimqızı sentyabrın 24-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Millət vəkili burada təşkil olunmuş NATO Parlament Assambleyasının Avropa Parlamenti ilə birgə seminarında iştirak edəcək.
Tədbirdə Avropa İttifaqı Şurasının bu ilin dekabr ayında keçiriləcək müdafiə məsələlərinə həsr olunmuş iclasına hazırlıq, habelə 2014-cü ildən sonra NATO və Avropa İttifaqının təhlükəsizlik sahəsində rolu barədə müzakirələr aparılacaq.
Səfər sentyabrın 27-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU