DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
07 fevral 2012 | 01:02   
Paylaşın:        

 Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının təşkilatçılığı ilə keçirilən “Şimal və Baltik dövlətlərinin dayanıqlı maliyyə bazarına doğru” mövzusunda parlament seminarında iştirak etmək üçün fevralın 8-dən 11-dək Litvada  səfərdə olacaq.
Vilnüs şəhərində keçiriləcək seminar iki mərhələdən ibarət olacaq. Birinci  mərhələdə  maliyyə inteqrasiyası və sabitlik, ikinci mərhələdə isə  Şimal və Baltik dövlətləri  bazarlarında  əməkdaşlıq  mexanizmləri,  dünyada  baş verən maliyyə  böhranının bu bazarlara  təsiri  məsələləri müzakirə ediləcək.  Tədbirdə  deputatımızın  mövzu ilə bağlı  çıxışı nəzərdə  tutulmuşdur.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU