DEPUTATLARIMIZ DƏYİRMİ MASADA İŞTİRAK EDİBLƏR

XƏBƏRLƏR
25 sentyabr 2013 | 12:09   
Paylaşın:        

Milli Məclisin deputatları Asim Mollazadə və Fuad Muradov  Belçikanın paytaxtı Brüsseldə  “Azərbaycanda  insan hüquqları: prezident  seçkiləri ərəfəsində ifadə və sərbəst  toplaşma  azadlığı”  mövzusunda  keçirilən Dəyirmi Masada  iştirak ediblər.
Səfər çərçivəsində deputatlarımız bir sıra görüşlər keçirmiş,  Azərbaycan və Avropa parlamentləri arasında əməkdaşlıq məsələləri, qarşıda duran vəzifələr barədə  söhbətlər aparmışlar.
Səfər  sentyabrın 25-də başa çatıb.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU