MİLLİ MƏCLİSİN DEPUTATLARI BELÇİKAYA SƏFƏR EDİBLƏR

XƏBƏRLƏR
02 oktyabr 2013 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə oktyabrın 2-dən Belçikanın paytaxtı Brüsseldə səfərdədirlər.
Millət vəkilləri burada keçiriləcək “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda iştirak edəcəklər. Avropa Parlamenti tərəfindən təşkil olunmuş tədbirdə deputatlarımız mövzu ilə bağlı öz fikirlərini açıqlayacaqlar.
Səfər oktyabrın 5-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU