PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
11 oktyabr 2013 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün oktyabrın 11-də Monteneqronun Budva şəhərinə yola düşəcəkdir.
İclasda ATƏT PA-nın fəaliyyəti, prosedur qaydaları və seçkilərin müşahidəsi işi barədə müzakirələr aparılacaq, Assambleyanın qətnamələrinin icra edilməsinin yoxlanılması mexanizmlərinə nəzər salınacaqdır.
Milli Məclisin deputatı ATƏT PA Bürosunun üzvü kimi müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir.
Azay Quliyev   ATƏT PA-nın Büro iclasında iştirak etdikdən sonra Milli Məclisin ATƏT PA-nın payız sessiyasında iştirak edən nümayəndə heyətinə qoşulacaqdır.

*       *       *

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev NATO Parlament  Assambleyasının 59-cu payız sessiyasında iştirak etmək üçün oktyabrın 10-dan 15-dək Xorvatiyada səfərdə olacaqlar.
Deputatlarımız Dubrovnik şəhərində keçiriləcək sessiyanın gündəliyinə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcək, fikirlərini bölüşəcəklər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU