PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
18 oktyabr 2013 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, qurumun İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit məsələləri komitəsinin sədri, deputat Musa Quliyev oktyabrın 20-də Türkiyəyə səfər edəcəklər.
Millət vəkilləri İstanbulda keçiriləcək QDİƏT PM-nin Daimi Komitəsi üzvlərinin QDİƏT-in yüksək vəzifəli şəxsləri ilə görüşündə iştirak edəcəklər. Tədbirdə qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

*    *    *

Oktyabrın 23-də deputat Asəf Hacıyev IV Beynəlxalq Qara Dəniz İqtisadi Forumunda iştirak etmək üçün Ukraynanın Yalta şəhərinə yola düşəcək. Toplantıda regionun makroiqtisadi vəziyyəti, gələcək inkişaf perspektivləri, Qara dəniz bölgəsinin qazla təminatı və digər məsələlər müzakirə olunacaq.

*    *    *

Oktyabrın 26-da Asəf Hacıyev QDİƏT Parlament Məclisinin xətti ilə Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün  Gürcüstanın paytaxtı Tbilisidə olacaq. Deputatımız burada seçki prosesini yaxından izləyəcək.
Səfər oktyabrın 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU