AŞPA-nın KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
25 oktyabr 2013 | 09:10   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 24-dən 29-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq.
İclasda “Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət”, “Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər”, “Avropanın mədəni irsi”, “Ümumavropa evi çərçivəsində əməkdaşlıq” mövzularında məruzələr dinləniləcək. Müzakirələr aparılacaq.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU