GÜRCÜSTANDA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
25 oktyabr 2013 | 09:10   
Paylaşın:        

Milli Məclisin deputatlarından Qənirə Paşayeva, Rasim Musabəyov və İlham Əliyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və Mirkazım Kazımov GUAM PA-nın xətti ilə, Azay Quliyev isə ATƏT PA-nın xətti ilə oktyabrın 27-də Gürcüstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 26-dan 28-dək Tbilisidə səfərdə olacaqlar.
Deputatlarımız öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü isə ölkənin paytaxtındakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU