OKLAHOMA SENATININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
23 oktyabr 2013 | 05:10   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatı Senatının nümayəndələrindən ibarət nümayəndə heyəti oktyabrın 22-də Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşdülər. 
İşçi qrupun rəhbəri Səməd Seyidov yüksək səviyyədə olan ikitərəfli münasibətlərdən danışaraq bildirdi ki, bu gün Birləşmiş Ştatlar və Azərbaycan eyni dəyərləri bölüşürlər. Ölkələrimiz terrorizmə qarşı birlikdə  mübarizə aparırlar. Qonaqların diqqətinə çatdırıldı ki, Cənubi Qafqazda aparıcı rola malik olan Azərbaycan həm də çoxmillətli və tolerantlıq nümayiş etdirən bir ölkədir. Azərbaycan həm də mədəniyyətlərin qovuşduğu bir məkandır.
Azərbaycanın mötəbər beynəlxalq qurumlarla yaxından əməkdaşlıq etdiyini deyən S.Seyidov ölkəmizin antiterror koalisiyası tərkibində fəaliyyəti haqqında danışdı, sülhməramlılarımızın Əfqanıstanda və İraqda həyata keçirilən əməliyyatlarda fəal iştirak etdiklərini vurğuladı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışan S.Seyidov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini diqqətə çatdırdı. O bildirmişdir ki, münaqişənin həll olunmaması regionun inkişafı yolunda əsas maneədir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU