AVRONEST PA-NIN BÜRO İCLASINDA

XƏBƏRLƏR
30 oktyabr 2013 | 12:10   
Paylaşın:        

Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Büro iclasında iştirak etmək üçün noyabrın 1-dən 3-dək  Ukraynada  səfərdə olacaq.
Paytaxt Kiyev şəhərində keçiriləcək toplantının gündəliyinə  Azərbaycanda və Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələr, 2013-cü ilin mayında Brüsseldə keçirilən Büro  iclasında qəbul edilən  qərarların və qurumun  2014-cü il fəaliyyət  planının təsdiq edilməsi, üzv ölkələrə yeni  həmməruzəçilərin təyini və digər məsələlər daxildir.
Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 



 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU