Azərbaycan-Mərakeş münasibətləri inkişaf edir

XƏBƏRLƏR
30 oktyabr 2013 | 05:10   
Paylaşın:        

Oktyabrın 30-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Mərakeş parlamentinin deputatı Məhəmməd Rza ibn Xaldun ilə görüşdülər.           Komitənin sədr müavini Sevinc Fətəliyeva bildirdi ki, Azərbaycan qısa müddət ərzində böyük uğurlara imza atıb. Hazırda ölkəmiz iqtisadi və siyasi cəhətdən regionda liderdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rola malikdir və ölkəmizin həyata keçirdiyi enerji layihələrindən bir sıra dövlətlər faydalanır.
Qonağa məlumat verildi ki, Azərbaycanda siyasi sistem demokratik şəraitdə fəaliyyət göstərir. Xalqımız demokratik ölkədə yaşayır və Azərbaycan bu uğurları müharibə şəraitində əldə edib. Hazırda Azərbaycanın iyirmi faiz ərazisi Emənistan tərəfindən işğal olunub və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.
Sevinc Fətəliyeva beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə Mərakeş Krallığına təşəkkürünü bildirdi.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirən Məhəmməd Rza ibn Xaldun diqqətə çatdırdı ki, qanunverici orqanların əməkdaşlığının inkişafı xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə yaxşı töhfə verir.  Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar, imzalanmış sənədlər ikitərəfli münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.
Söhbət zamanı qeyd olundu ki, hər iki ölkənin parlamentində yaradılmış işçi qrupların fəaliyyəti gücləndirilməlidir. Parlamentlərimiz, eləcə də digər dövlət və hökumət qurumlarımız mövcud potensialdan səmərəli istifadə edərək ikitərəfli əməkdaşlığı daha da genişləndirməlidirlər.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ərtafında da fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli də iştirak edirdi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU