MİLLİ MƏCLİSİN DEPUTATLARI TACİKİSTANA SƏFƏR EDƏCƏKLƏR

XƏBƏRLƏR
02 noyabr 2013 | 12:11   
Paylaşın:        

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Azər Badamov MDB Parlament Assambleyasının və qurumun İcraiyyə Komitəsinin xətti ilə  ölkədə  keçirilən prezident  seçkilərini müşahidə etmək üçün noyabrın 4-dən 8-dək Tacikistana  səfər  edəcəklər.
Deputatlarımız ölkənin paytaxtı Düşənbə şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə  hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU