PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
04 noyabr 2013 | 05:11   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞPA-nın Monitorinq və Hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-dən 8-dək Parisdə səfərdə olacaqlar.
  İclaslarda monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Fransa üzrə monitorinq prosesinin başlanmasına dair təklif, Rusiya və Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələri, insan orqanları ilə ticarətlə mübarizəyə dair Avropa Şurası Konvensiyasının müzakirəsi, insan haqları sahəsində pozuntulara görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi zərurəti və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

*       *       *

Noyabrın 6-dan 8-dək Lissabonda AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclası və forumu keçiriləcəkdir.
 Tədbirlərdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcəkdir.
İclaslarda İordaniya və Qırğızıstan parlamentləri tərəfindən AŞPA ilə əməkdaşlıq demokratik statusu üçün edilmiş müraciətlərin müzakirəsi, Suriyada vəziyyət, İslam dünyasında, xüsusilə də Suriyada xaçpərəstlərin təqib olunması və xaçpərəst icmalarının say etibarilə azalması və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU