AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
06 noyabr 2013 | 11:11   
Paylaşın:        

 Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası  əlaqələr  komitəsinin sədr müavini, parlamentin  AŞPA-dakı  daimi nümayəndə  heyətinin üzvü  Sevinc Fətəliyeva noyabrın 10-dan 14-dək  İsveçrədə səfərdə olacaq. Deputatımız AŞPA-nın Sosial işlər,  sağlamlıq  və davamlı inkişaf komitəsinin Cenevrə şəhərində  keçiriləcək  iclasında iştirak  edəcək.
Tədbirdə enerji təhlükəsizliyinin davamlı inkişafda rolu, qlobal  iqlim  dəyişikliyinə dair Kioto protokolunun müzakirəsi, uşaqlara  qarşı  cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma  üzv  dövlətlərin Dünya  Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə  fikir  mübadiləsi  aparılacaq.
Sevinc Fətəliyeva müzakirə edilən məsələlərə münasibətini  bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU