AŞPA-nın KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
06 noyabr 2013 | 12:11   
Paylaşın:        

Milli Məclisin deputatı Elxan Süleymanov AŞPA-da üzvü olduğu  Monitorinq komitəsinin iclasında iştirak etmək üçün noyabrın 6-dan 9-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Qurumun iclasında monitorinq prosedurunun təkmilləşdirilməsi məsələsi gündəmdə olacaq. Fransa üzrə monitorinq prosesinə başlanması barədə təklifə baxılacaq.
Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsi Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin yekunlarını, Rusiya ilə Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələrini, bir sıra digər məsələləri müzakirəyə çıxaracaq.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU