II BEYNƏLXALQ PARLAMENT FORUMUNDA

XƏBƏRLƏR
12 noyabr 2013 | 03:11   
Paylaşın:        

Noyabrın 13-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və  deputat Rüfət Quliyev II Beynəlxalq Parlament Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcəklər. Rusiya Konstitusiyasının 20 illiyinə həsr edilmiş həmin tədbirdə parlamentarilər, aparıcı alimlər və ekspertlər, dünyanın müxtəlif ölkələrinin ictimai-siyasi və işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər.
“Konstitusiya. Demokratiya. Parlamentarizm” mövzusunda Forumda Rusiya və dünya təcrübəsinə nəzər salınacaq. Tematik seksiyalarda parlament, demokratik dəyərlər və ictimai rəy, müasir dünyada parlament diplomatiyasının formaları, siyasi sistemlərin və seçki sistemlərinin inkişafı sahəsində beynəlxalq təcrübə, konstitusiya islahatları, qanun yaradıcılığında inkişaf tendensiyaları mövzuları ətrafında geniş fikir mübadiləsi aparılacaq. Azərbaycan parlamentinin təmsilçiləri müzakirələrdə yaxından iştirak edəcəklər.
Səfər noyabrın 15-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU