İSRAİLDƏ AZƏRBAYCAN GÜNLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
13 noyabr 2013 | 05:11   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov noyabrın 13-dən 17-dək İsrailin paytaxtı Yerusəlim şəhərində səfərdə olacaq.
Deputatımız bu ölkədə  Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Mərasimlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, bu gün ölkədə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın bir-birinə olan dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU