SURİYA QAÇQINLARININ DURUMU AŞPA-nın GÜNDƏMİNDƏDİR

XƏBƏRLƏR
18 noyabr 2013 | 02:11   
Paylaşın:        

Milli Məclisin deputatı Rövşən Rzayev AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün noyabrın 19-dan 21-dək Fransa paytaxtında səfərdə olacaq.
İclasda əsasən İordaniya, Türkiyə, Livan və İraqda  yerləşmiş Suriya qaçqınlarının vəziyyəti müzakirə ediləcək. Onlara yardım göstərilməsi yolları araşdırılacaq.
AŞPA-nın komitə iclasında İtaliyanın sahilyanı ərazilərinə müxtəlif ölkələrdən miqrant axını probleminə də nəzər salınacaq. Miqrantlar və qaçqınlar arşında QİÇS-in yayılmasına qarşı mübarizə məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

 

Milli Məclisin
Mətbuat xidməti  

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU