BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
14 fevral 2012 | 06:02   
Paylaşın:        

Milli Məclisin deputatı Asəf Hacıyev “Təhsilli və intellektual nəslin hazırlığı – ölkənin davamlı inkişafının və müasirləşmənin mühüm şərti kimi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün fevralın 15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcək.
Tədbirdə yüksək keyfiyyətli fasiləsiz təhsilin təmin edilməsi, təlim prosesində yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, gənc nəslin tərbiyəsi məsələləri müzakirə olunacaq.
Millət vəkili mövzu ilə bağlı fikirlərini açıqlayacaq, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, dövlət tərəfindən gənc nəslə göstərilən qayğı barədə məlumat verəcək.
Səfər fevralın 19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU