AŞPA-nın Büro və Daimi Komitəsinin iclasları keçiriləcək

XƏBƏRLƏR
22 noyabr 2013 | 09:11   
Paylaşın:        

Noyabrın 22-də Vyanada Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Rafael Hüseynov iştirak edəcəklər.
İclaslarda Avropada miqrasiya, qaçqınlar və məcburi köçkünlərlə bağlı problemlər, Azərbaycanda və Gürcüstanda son prezident seçkilərinin nəticələri, gender bərabərliyi, diskriminasiya və qadınlara qarşı zorakılığın digər növləri ilə mübarizə, Əfqanıstandan uyuşdurucu maddələrin nəqlinin Avropadakı təhlükəsizliyə təsiri, insan orqanları ilə alverə qarşı mübarizə, nəhəng meqapolislərdə idarəçiliyin təşkili, AŞPA üzvlərinin davranışına nəzarət və digər mövzular müzakirə olunacaqdır.

Daimi Komitənin iclasında deputat Rafael Hüseynov "Qeyri-üzv dövlətlərin Avropa Şurasının konvensiyalarında iştirakı" mövzusunda məruzə ilə çıxış edəcək, məruzə ətrafında müzakirələr aparılacaqdır. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU