DEPUTATLARIMIZ AŞPA-nın TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
23 noyabr 2013 | 01:11   
Paylaşın:        

Milli Məclisin deputatları Rafael Hüseynov və Sabir Hacıyev  AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.
Forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət  idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.
Tədbir noyabrın 29-da başa çatacaq.

*    *    *

Deputat Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün noyabrın 30-da Parisə yola düşəcək.
İclasda millət vəkili Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.
Səfər dekabrın 5-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU