"QADINLAR PARLAMENTDƏ QLOBAL FORUMU”NDA

XƏBƏRLƏR
25 noyabr 2013 | 01:11   
Paylaşın:        

Milli Məclisin deputatları Sahibə Qafarova, Gülçöhrə Məmmədova, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı “Qadınlar parlamentdə qlobal forumu”nun illik toplantısında iştirak etmək üçün noyabrın 26-da Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcəklər.
Avropa Parlamentində keçiriləcək tədbirdə fəal siyasətçi qadınlar bir sıra aktual məsələləri müzakirə edəcəklər. Forum çərçivəsində “Cəmiyyətin yenidən formalaşdırılmasında qadınların liderliyinin rolu”, “Sülh və təhlükəsizlikdə ana amili”, “Cəmiyyətdəki sosial bərabərsizliyin aradan qaldırılmasında qadınlar” kimi mövzular gündəmdə olacaq.
Səfər noyabrın 30-da başa çatacaq. 

 

Milli Məclisin
Mətbuat xidməti 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU