KORRUPSİYA ƏLEYHİNƏ MÜBARİZƏ GÜCLƏNDİRİLİR

XƏBƏRLƏR
25 noyabr 2013 | 04:11   
Paylaşın:        

Noyabrın 25-dən 29-dək Panamada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı və Parlamentlərin Korrupsiya əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı keçiriləcəkdir.
Tədbirlərdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcəkdir.
Dünyanın bir sıra aparıcı ölkələrinin mütəxəssislərinin dəvət olunduğu bu iclaslarda BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının tətbiqinin nəzərdən keçirilməsi, bu sahədə parlamentlərin rolu, əməkdaşlıq məsələləri, böyük korrupsiyaların təqib olunması və görülən işlər barədə fikir mübadiləsi aparılacaqdır.
İclaslarda deputat Bəxtiyar Əliyev Azərbaycanda korrupsiya əleyhinə görülən tədbirlər haqqında məlumat verəcək, bu barədə fikirlərini bölüşəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU