BALTİK ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
27 noyabr 2013 | 01:11   
Paylaşın:        

Milli Məclisin deputatları Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının 32-ci sessiyasında iştirak etmək üçün noyabrın 28-də Latviyanın paytaxtı Riqaya  səfər edəcəklər.
Toplantıda regional turizm konsepsiyasının inkişafı, innovasiya sahəsində əməkdaşlıq, mütəşəkkil cinayətkarlıqla mübarizədə qabaqlayıcı tədbirlər və digər mövzularda müzakirələr aparılacaq, qurumun Rəyasət Heyətinin, Büdcə və audit komitəsinin hesabatları dinləniləcək, təşkilatı məsələlərə baxılacaq. Sessiya çərçivəsində keçiriləcək Baltik Şurasının 19-cu iclasında Birgə bəyannamə imzalanacaq.
Millət vəkilləri tədbirdə müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar.
Səfər noyabrın 30-da başa  çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU