AVROPA İTTİFAQININ TƏDBİRLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
28 noyabr 2013 | 05:11   
Paylaşın:        

Noyabrın 27-28-də Litvanın Vilnüs şəhərində Avropa İttifaqı parlamentarilərinin xarici işlər üzrə komitə sədrlərinin görüşü və Demokratiya üzrə parlament forumu keçiriləcəkdir.
Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.
İclaslarda “Avropa İttifaqının Şərq Tərəfdaşlığı: daha sıx qlobal əməkdaşlığa doğru”, Demokratiyalar keçid dövründə, Gender bərabərliyinin demokratik cəmiyyətin qurulmasında və inkişafında rolu və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlər barədə çıxış edəcək, fikirlərini bildirəcəkdir.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU