GUAM PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ SESSİYASINDA

XƏBƏRLƏR
30 noyabr 2013 | 01:11   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti GUAM Parlament Assambleyasının 6-cı sessiyasında iştirak etmək üçün dekabrın 1-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək. Parlament nümayəndə heyətinin tərkibinə   deputatlardan Elton Məmmədov, Əli Məsimli və Mirkazım Kazımov daxildirlər.
Tədbirdə quruma üzv ölkələrdə geosiyasi mühit, beynəlxalq təhlükəsizliyin qorunmasında parlamentlərin rolu, regional konfliktlərin sabitlik və inkişafa təsiri, Avropaya və avroatlantik məkana inteqrasiya, iqtisadi, enerji, təbii sərvətlər və ətraf mühit sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.  Sessiya çərçivəsində GUAM Parlament Assambleyası Bürosunun və  komitələrinin iclasları keçiriləcək.
Nümayəndə heyətinin üzvləri toplantılarda müzakirəyə çıxarılacaq   məsələlərə dair öz mövqeyini bildirəcək, təkliflərini verəcəklər.
Səfər dekabrın 4-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU