PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
02 dekabr 2013 | 04:12   
Paylaşın:        

 Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək  üçün dekabrın 3-dən 7-dək  Ukraynada səfərdə olacaq.
Kiyev şəhərində  keçiriləcək toplantıda cari məsələlər və quruma üzv olan ölkələrdə seçkiləri müşahidə missiyalarının hesabatları müzakirə olunacaq. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
* * *
Milli Məclisin  deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı  Asiya Parlament Assambleyasının 6-cı plenar sessiyasında iştirak etmək üçün dekabrın 6-dan 13-dək Pakistanın İslamabad  şəhərinə  səfər edəcəklər.
Toplantıda qurumun daimi  komitə  sədrləri  və  sessiyanın plenar  bürosunun  üzvləri  seçiləcək, təşkilatın  fəaliyyəti,  görülən işlər,  qarşıda  duran  vəzifələrlə  bağlı Asiya  Parlament  Assambleyası  Sədrinin  və Baş katibinin məruzələri dinləniləcək. Qurumun fəaliyyətinin  effektivliyinin  gücləndirilməsi  ilə bağlı interaktiv müzakirələr aparılacaq.   
Deputatlarımız səfər çərçivəsində qurumun İcraiyyə Şurası üzvlərinin ikinci görüşündə, Sosial və mədəni məsələlər, Siyasi işlər daimi komitələrinin iclaslarında iştirak edəcəklər. 


Milli Məclisin
 Mətbuat  xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU