İSTANBULDA XOCALI SOYQIRIMINA HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
16 fevral 2012 | 10:02   
Paylaşın:        

Milli Məclisin deputatı Ceyhun Osmanlı fevralın 16-dan 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
Millət vəkili burada Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş silsilə tədbirlərdə iştirak edəcək. Səfər zamanı Azərbaycan torpaqlarının işğalı, ermənilərin etnik təmizləmə siyasəti və qondarma “erməni soyqrımı” iddialarının əsassız olması barədə məsələlər  geniş ictimayyətə çatdırılacaq.


Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU