XƏZƏR FORUMUNDA

XƏBƏRLƏR
04 dekabr 2013 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə, Ceyhun Osmanlı, Rasim Musabəyov və Hacı Salayev 3-cü Xəzər Forumunda iştirak etmək üçün dekabrın 4-dən 6-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.
İstanbulda fəaliyyət göstərən Xəzər Strategiya İnstitutunun təşkil etdiyi tədbirə Xəzəryanı ölkələrdən dövlət və hökumət nümayəndələri, parlamentarilər, alimlər, KİV nümayəndələri qatılacaqlar. Forumda region  ölkələri arasında münasibətlərin daha da inkişaf etdirilməsi və inteqrasiya məsələləri müzakirə olunacaq. Xəzər regionu ilə bağlı orijinal tədqiqatlar aparılması, həmçinin enerji, beynəlxalq münasibətlər, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit məsələləri üzrə strateji tövsiyələr veriləcək.
Deputatlarımız müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.


Milli Məclisin
Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU