AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA

XƏBƏRLƏR
06 dekabr 2013 | 09:12   
Paylaşın:        

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sabir Hacıyev qurumun Siyasi işlər və demokratiya Komitəsinin iclasında iştirak etmək üçün dekabrın 8-dən 12-dək Fransanın paytaxtı Parisdə  səfərdə olacaq.
İclasda Kosovo, Belarus və Kiprdəki vəziyyət müzakirə ediləcək,   Avropa Şurasının roluna nəzər salınacaq. Avropada yeni millətçilik və ksenofobiya təzahürlərinə qarşı mübarizə yolları araşdırılacaq.  Avropanın federallaşması meylləri, Misirdə siyasi keçid dövrü və digər aktual məsələlər nəzərdən keçiriləcək.

 

Milli Məclisin

Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU