PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
06 dekabr 2013 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatları  Hüseynbala  Mirələmov, Aydın Mirzəzadə və İlham Məmmədov dekabrın 6-dan 12-dək Çin Xalq  Respublikasında  səfərdə olacaqlar.
Deputatlarımız bu ölkəyə deputat-yazıçı Hüseynbala  Mirələmovun  ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Görkəmli şəxsiyyətlərin həyatı – Heydər  Əliyev”  kitabının  çin dilində nəşrinin Pekin şəhərində keçiriləcək  təqdimat mərasimində iştirak etmək üçün gediblər.
Ölkənin tanınmış elm ocaqlarında keçiriləcək tədbirlərdə  millət vəkillərimiz ulu öndər  Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verəcək, onun ölkənin elm və incəsənət xadimlərinə, əmək adamlarına göstərdiyi diqqət və qayğıdan söz  açacaqlar. 

* * *
Milli  Məclisin deputatı  Elmira  Axundova  ümummilli lider Heydər  Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar ölkəmizin Rusiya  Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimlərinə qatılmaq  üçün  dekabrın 9-dan  12-dək  Moskvada  səfərdə olacaq.
Səfər  çərçivəsində Elmira  Axundovanın  “Heydər Əliyev: Şəxsiyyət  və epoxa” kitabının  təqdimat mərasimi də  keçiriləcək.
* * *
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün  dekabrın 11-dən 14-dək  Türkiyənin  İstanbul  şəhərində  səfərdə olacaq.
Ölkəmizin İstanbuldakı konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə deputatımız ulu öndərlə bağlı xatirələrini danışacaq, onun ölməz  ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz  xidmətləri barədə fikirlərini bölüşəcək.  
Heydər  Əliyevin İstanbulun mərkəzi parklarından birində ucaldılan abidəsi  ziyarət olunacaq.
* * *
Milli Məclisin deputatı Azər  Badamov  MDB  İcraiyyə komitəsinin xətti ilə bu ölkədə  keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün  dekabrın 13-dən  17-dək Türkmənistanda səfərdə olacaq.
Deputatımız ölkənin paytaxtı Aşqabad şəhərindəki bir sıra seçki məntəqələrində prosesi izləyəcək, vətəndaşların səsvermə  hüquqlarının təmin olunması, müasir seçki texnologiyalarının tətbiqi ilə maraqlanacaq. 

 

Milli Məclisin

Mətbuat xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU