AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
09 dekabr 2013 | 04:12   
Paylaşın:        

Dekabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı  Rafael Hüseynov iştirak edəcəkdir.
İclasda Sərhədsiz televiziyaya dair Avropa Konvensiyasının təftişi, Avropa Birliyində fundamental insan hüquqlarının cari vəziyyəti, Ekstradisiya olunan şəxslərə dair Konvensiyadan sui-istifadə halları ilə mübarizə, inzibati həbs və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

   
Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU