MOSKVADA RUSİYA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI KOMİSSİYASININ ON BİRİNCİ İCLASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
10 dekabr 2013 | 04:12   
Paylaşın:        

Dekabrın 11-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Milli Məclislə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçiriləcəkdir. İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Rövşən Rzayev, Mixail Zabelin, Rüfət Quliyev, Fəzail Ağamalı və Yevda Abramov daxildirlər.
İclasda 10-cu iclasın qərarlarının yerinə yetirilməsi barədə məlumat dinləniləcək, Azərbaycan ilə Rusiya arasında regional əməkdaşlığın qanunvericilik təminatı, perspektivləri və indiki vəziyyəti, parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkiblərinə dəyişikliklər edilməsi, növbəti 12-ci iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU