QDİƏT PARLAMENT MƏCLİSİNİN DAİMİ KOMİTƏSİNİN TOPLANTISINDA

XƏBƏRLƏR
18 fevral 2012 | 01:02   
Paylaşın:        

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev və deputat Mübariz Qurbanlı qurumun Daimi komitəsinin 38-ci iclasında iştirak etmək üçün fevralın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20-ci ildönümü, qurumun Parlament Məclisinin fəaliyyəti, 2012-ci il üçün nəzərdə tutulan iş planı ilə bağlı məsələlər müzakirə olunacaq.
Deputatlarımız toplantıda qaldırılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
Səfər fevralın 22-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU