PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
13 dekabr 2013 | 04:12   
Paylaşın:        

Milli Məclisin deputatları  Asəf Hacıyev, Jalə Əliyeva, Musa  Quliyev, Mübariz Qurbanlı və Ayaz Orucov Qara  Dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatı Parlament  Məclisinin  42-ci  Baş Assambleyasının iclasında iştirak etmək üçün  dekabrın 16-dan  20-dək  Gürcüstana  səfər  edəcəklər.
Paytaxt  Tbilisi şəhərində keçiriləcək toplantıda  quruma  üzv olan ölkələr  arasında  əməkdaşlığın  möhkəmləndirilməsi, regionda  kənd  təsərrüfatının  inkişafı, qlobal iqlim  dəyişkənliyinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması üçün mümkün variantların nəzərdən keçirilməsi və digər cari  məsələlər  müzakirə ediləcək.
Qurumda  nümayəndə heyətimizin  başçısı, QDİƏT Parlament Məclisinin  sədr  müavini Asəf Hacıyevin “Qara  Dəniz  regionunda kənd  təsərrüfatının inkişaf perspektivləri” mövzusunda  çıxışı nəzərdə  tutulur. 
* * *
Milli Məclisin deputatı  Azər  Kərimli  dekabrın 16-17-də  Belçikanın Brüssel şəhərində  səfərdə olacaq.
Deputatımız bu ölkəyə  Avropa Parlamentində “Yəhudi-müsəlman birgə yaşayışı. Avropada  antisemitizmə cavab: Azərbaycan nümunəsi” adlı tədbirdə iştirak etmək məqsədi ilə gedir. Azər  Kərimli  mövzu ilə əlaqədar keçirilən  müzakirələrdə Azərbaycanın tolerant ölkə olduğunu bildirəcək, ölkəmizdə ən müxtəlif xalqların nümayəndələrinin birgə yaşamaq hüquqlarından söhbət  açacaq.
Sonra  Azər  Kərimli  İtaliya-Azərbaycan  Assosiasiyasının illik hesabat  konfransında  iştirak  etmək üçün  dekabrın 18-dən 21-dək Roma  şəhərinə səfər  edəcək.


Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU