ATƏT PA-nın TƏDBİRİNDƏ

XƏBƏRLƏR
16 dekabr 2013 | 02:12   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşin dəvəti ilə dekabrın 17-dən 20-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq.
Deputatımız ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək, Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək. Müzakirə olunan məsələlərə münasibət bildirəcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU