TÜRKİYƏDƏ HƏZRƏTİ MÖVLANƏNİN ANIM MƏRASİMLƏRİ KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
16 dekabr 2013 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatı Fəttah Heydərov dekabrın 16-dan 19-dək Türkiyənin Konya şəhərində səfərdə olacaq.
Millət vəkili böyük filosof və sufi Həzrəti Mövlanənin 740-cı Vüslət İldönümü Beynəlxalq Anma Mərasimlərində iştirak edəcək. Bir çox ölkələrin dövlət və din xadimlərinin qatılacağı Şəbi-Arus mərasimlərində müdrik filosofun həyatı barədə məlumat veriləcək,  onun yaratdığı əsərlər, söylədiyi müdrik fikirlər və kəlamlardan nümunələr səsləndiriləcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU