PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
19 dekabr 2013 | 02:12   
Paylaşın:        

Milli Məclisin deputatları Azər Badamov və Tahir Rzayev Türk Dünyası Bələdiyyələr Birliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilərək tədbirdə iştirak etmək üçün Ankarada səfərdədirlər.
Toplantında birliyin on il ərzində həyata keçirdiyi işlər, gələcək planlar barədə məlumat veriləcək, bələdiyyələrin fəaliyyəti, türkdilli dövlətlərin yerli özünüidarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 20-də başa çatacaq.

*     *     *

Milli Məclisin deputatı Rauf Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibəti ilə Sloveniyanın  Lyublyana şəhərində təşkil olunmuş tədbirdə iştirak edir.
Tədbir çərçivəsində Mehdi Hüseynzadənin  həyatı,  İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu, faşizmə qarşı apardığı mübarizə barədə xatirələr səsləndiriləcək, ona həsr olunmuş kitabın və filmin təqdimatı olacaq, qəhrəmanın dəfn edildiyi yerdə yeni memorial kompleksin açılış mərasimi keçiriləcək.
Səfər dekabrın 21-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU