MEKSİKA İLƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

XƏBƏRLƏR
13 yanvar 2014 | 05:01   
Paylaşın:        

Yanvarın 13-də Milli Məclisdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və İnsan hüquqları komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvləri ilə görüşdülər.
Qonaqları salamlayan İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkələrimiz arasındakı münasibətlərin tarixindən söz açdı. Bildirdi ki, Azərbaycanın müstəqilliyi dövründə hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri diplomatik, siyasi, iqtisadi əlaqələrimizin inkişafına təkan verib. Bu baxımdan Meksika Senatının üzvü olan beş qadın senatorun ölkəmizə səfərini yüksək dəyərləndirən komitə sədri  müasir dünya siyasətində qadınların artan rolunu müsbət hal kimi səciyyələndirdi. Son 22 ildə qazandığımız nailiyyətlərdən bəhs etdi. Azərbaycanda insan hüquqlarının qorunmasının prioritet sahə olduğunu diqqətə çatdırdı.
Görüşdə Meksika Senatı nümayəndə heyətinin rəhbəri senator Qabriela Kuevas Barron son illər Meksikada baş vermiş dəyişikliklərdən söz açdı. Xüsusilə insan hüquqlarının qorunması, təhsil və səhiyyə sahələrində çox böyük dəyişikliklərə nail olunduğunu vurğuladı. Dünyanın bütün ölkələri ilə, o cümlədən Azərbaycanla sıx əlaqələr qurmaq istədiklərini dedi. Bakıya səfərdən məmnunluqlarını qeyd etdi. Senator xanım Qabriela Kuevas Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduqlarını bildirdi, dünyaya və Qafqaza sülh arzuladıqlarını qeyd etdi.
Sonra Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fəzail İbrahimli və Aqil Abbas fikirlərini bölüşdülər. Parlamentlərarası əlaqələrin daha da genişlənməsi vacibliyi vurğulandı.

Milli Məclisin
Mətbuat xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU