AVRONEST PA İNFRASTRUKTUR SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DİQQƏT YETİRİR

XƏBƏRLƏR
17 yanvar 2014 | 02:01   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Azər Kərimli Avronest PA-nın İqtisadi komitəsinin iclasında iştirak etmək üçün yanvarın 21-dən 23-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar.
İclasda “Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələri arasında infrastruktur sahəsində əməkdaşlıq: avtomobil yolları, dəmir yolları və hava nəqliyyatı ilə bağlı birgə layihələr” mövzusunda komitənin hazırlayacağı məruzəylə əlaqədar ilkin müzakirələr aparılacaq.  Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcək, həmin layihələrlə bağlı rəy və təkliflərini bildirəcəklər.
 


Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU