AVROPA ŞURASI İDMAN SAZİŞİ QURUMUNUN İCLASINDA

XƏBƏRLƏR
21 yanvar 2014 | 05:01   
Paylaşın:        

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurası  Genişləndirilmiş İdman  Sazişi  üzrə  qurumunun İdarə  heyətinin  iclasında  iştirak  etmək üçün  yanvarın 22-dən 25-dək  Fransada  səfərdə olacaq.
Qurumun Strasburq şəhərində keçiriləcək toplantısında cari məsələlərə baxılacaq, Avropa Şurasına üzv ölkələrdə idman sahəsindəki  yeniliklərdən danışılacaq.
Deputatımız müzakirələrdə fəal iştirak edəcək, toplantı iştirakçılarına 2015-ci ildə Azərbaycanda keçiriləcək I Olimpiya  oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumat verəcək, Azərbaycan idmançılarının uğurlarından söhbət  açacaq.  

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU