TÜRKİYƏDƏ XOCALI FACİƏSİNİN QURBANLARI ANILACAQ

XƏBƏRLƏR
20 fevral 2012 | 04:02   
Paylaşın:        

Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı Türkiyənin bir sıra şəhərlərində anma mərasimləri keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyədə səfərdədir. Səfər çərçivəsində millət vəkili Dənizli, İzmir, Ankara və Konya şəhərlərində olacaq.
Faciə ilə əlaqədar keçiriləcək mərasimlərdə  hadisənin mahiyyəti və acı nəticələri barədə ətraflı məlumat veriləcək, ermənilərin xalqımıza qarşı həyata keçirdiyi təcavüzkar siyasət qətiyyətlə pislənəcək, amansızlıqla qətlə yetirilmiş insanların əziz xatirəsi yad ediləcək.
Səfər martın 2-də başa çatacaq.

*     *     *

Millət vəkili Elman Məmmədov Qarabağ – Xocalı Qətliamı Anma Günü çərçivəsində təşkil olunmuş “Köç – Qarabağ torpağı üşüyürmü?” adlı sərgi və təqdimat mərasimlərində iştirak etmək üçün Türkiyənin İstanbul və Ankara şəhərlərinə səfər edəcək.
Tədbirlərdə iştirakçılara Xocalı soyqırımına həsr olunmuş kitablar, bukletlər təqdim olunacaq, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər, kinolentlər nümayiş etdiriləcək, ermənilərin törətdikləri vəhşiliklər barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq.
Səfər fevralın 27-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU