AŞPA-nın QIŞ SESSİYASINDA

XƏBƏRLƏR
28 yanvar 2014 | 11:01   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Fazil Mustafa, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Fəzail İbrahimli, Elxan Süleymanov,  Aydın Abbasov və Çingiz Qənizadə  qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 26-da Fransanın Strasburq şəhərinə səfərə yola düşəcəklər.
Avropa Şurası Parlament Assambleyasının bu sessiyasında dünya ölkələrində baş verən hadisələrə nəzər salınacaq. “Suriya qaçqınlarına beynəlxalq yardımın təşkili və yardıma dəstək”, “İnsan hüquqlarının pozulmasına görə beynəlxalq təşkilatların məsuliyyəti”, “Avropada irqçilik və dözümsüzlüklə mübarizə strategiyasının formalaşdırılması”, “Avropa Şurasının demokratiya üzrə tərəfdaşı kimi Fələstin Milli Şurasının son dövrlərdəki fəaliyyətinin dəyərləndirilməsi”, “Avropadakı miqrantların problemləri” və s. mövzularda məruzələr dinləniləcək. Fikir mübadiləsi aparılacaq. Qurumun aktual saydığı problemlər sırasında Rusiyada Sergey Maqnitski ilə bağlı məsələyə də diqqət yetiriləcək.
İclasda “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” məsələsi gündəmdə olacaq. “Enerji diversifikasiyası davamlı inkişafa əsaslı töhfə kimi” mövzusu nəzərdən keçiriləcək.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər fevralın 1-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU