AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISINDA

XƏBƏRLƏR
03 fevral 2014 | 04:02   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov 17-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün fevralın 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə bir çox ölkələrin dövlət və hökumət nümayəndələri, parlament üzvləri, ictimai-siyasi xadimlər, habelə beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Toplantıda Avrasiya məkanında yerləşən ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin dərinləşməsi və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər fevralın 9-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU