AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
20 fevral 2012 | 05:02   
Paylaşın:        

Milli Məclisin  deputatları Rövşən Rzayev,  Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial   komitəsinin iclasında  iştirak etmək üçün  fevralın 21-dən 23-dək Ermənistana  səfər  edəcəklər.
Komitənin toplantısında tərəfdaş  dövlətlərdə vətəndaş  cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və  vətəndaş  cəmiyyətində  qadınların, gənclərin rolunun artırılması  və digər məsələlərin  müzakirəsi nəzərdə  tutulur.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU